group-telegram.com/Qafsimurq/8757
Last Update:
Əliyev zindanında şəhid olan daha bir dindar
Vətən xainlərinin, şiə olduğu üçün "Vətənə xəyanət ittihamı" ilə həbs etdiyi Yaqublu Muxtar Camal oğlu Yanvar ayının 10-da cəzaçəkmə müəssisəsində müəmmalı şəkildə dünyasını dəyişib.
O, həbs olunandan sonra saxlanıldığı yerin yararsızlığı və işgəncələr səbəbindən ağır xəstəliklərə tutulub. Tibbi dispanserdə saxlanılmalı olduğu halda ağır şəraitli cəzaçəkmə müəssisəsinə göndərilib və orda da uzun müddət karsda saxlanılıb. Yanvar ayının 10-da Muxtar Yaqublu barədə onun daxili orqanlarının öz fəaliyyətini itirməsi səbəbilə sübh namazını qılarkən dünyasını dəyişdiyi xəbəri verilib.
Qeyd edək ki, 1966-cı ildə Cəlilabad rayonunda dünyaya gələn Şəhid Muxtar Yaqublu 2016-cı ildəki məhkəməsində əməlindən peşman olub-olmaması barədə verilən suala "dini fəaliyyətimə görə həbs olunduğum üçün heç bir şeydən peşman deyiləm" şəklində cavab verib. Zindanda ona qarşı olan bu qərəzli rəftarın səbəbi də Muxtar Yaqublunun heç bir formada onlara boyun əyməməsi olub. Məhkəməsində Şəhid Muxtar Yaqubluya onunla birgə həbs edilənlərdən daha artıq cəza istənilmiş və yaratdığı dəstənin başçısı ünvanında 16 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Muxtar Yaqublu dindar ailədə böyüyüb, kiçik yaşlarından ibadət əhli olub, gözəl səsə malik olduğu üçün İmam Hüseyn məclislərində növhə və rövzələr deyib, məscidin müəzzini kimi fəaliyyət göstərib.
T.me/Mehbus_Mektubu
BY Simurq (𝒪𝓇𝓍𝒶𝓃 𝑀ə𝓂𝓂ə𝒹𝑜𝓋)
Share with your friend now:
group-telegram.com/Qafsimurq/8757