group-telegram.com/tarixinf0/16668
Create:
Last Update:
Last Update:
💸1 Milyon Dollar Mükafatdan İmtina Edən Şəxs
2002-ci ildə, "Puankare hipotezi" ortaya atılmasından 98 il sonra rus riyaziyyatçısı Qriqori Perelman bu məsələnin həllini tam şəkildə təqdim edir. Lakin, bu isbatın doğruluğu yalnız 4 il sonra, yəni 2006-cı ildə rəsmən təsdiqlənir və ictimaiyyətə açıqlanır. Ardından, vəd edilən 1 milyon dolların təqdim edilməsi üçün Qriqori Perelmana rəsmi müraciət olunur. Dörd il boyunca bütün umduqlarından küsən ya da elə təbiəti gərəyi dünyanın bütün maddi nemətlərindən imtina edən dahi riyaziyyatçı 1 milyon dolları almaqdan imtina edir. Bununla da qalmır, riyaziyyatın Nobeli olan Filds mükafatını da rədd edir.
✅ @Tarixinf0
BY 𝙏𝙖𝙧𝙞𝙭𝙞𝙣𝙛𝙤 🇦🇿

Share with your friend now:
group-telegram.com/tarixinf0/16668