Telegram Group Search
⚡️BMT: Qəzza sakinlərinin üçdə biri aclıqdan dünyasını dəyişir.

BMT-nin məlumatına görə, Qəzzada demək olar ki, hər üç nəfərdən biri bir neçə gündür yemək ala bilmir ki, bu da aclıq riskini artırır.

BMT-nin sözçüsü Stefan Dujarrik bildirib ki, İsrail rəsmiləri təşkilatın bazar günü humanitar koordinasiya ilə bağlı etdiyi səkkiz müraciətdən üçünü rədd edərək yardımın çatdırılmasına ciddi mane olub.

"İsrail rejimi bütün əlçatan keçidləri açmalı, Qəzzaya humanitar girişi təmin etməli və beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki insanları qorumalıdır", - Dujarrik bildirib.


O, həmçinin vurğulayıb ki, yanacaq Qəzzada yaşamaq üçün “həyat xətti”dir və maneəsiz tədarük tələb olunur.

#Fələstin
#BMT
#İşğalçı_İsrail_rejimi

Abunə olun🇵🇸Ar-Rad Fələstin
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤬17
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️Baxın.., bütün bu cinayətlər Azərbaycan neftinin hesabına baş verir. Məhz terrorçu sionist rejimin qırıcılarını yanacaqla təmin edən ölkə bu cinayətlərdə pay sahibidir.

... Və bu cinayətlərin bədəli çox ağır ödəniləcək...


#Fələstin
#Azərbaycan
#İşğalçı_İsrail_rejimi

Abunə olun🇵🇸Ar-Rad Fələstin
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤬20😢10
⚡️Mart ayından bəri Qəzzada 700 mindən çox insan didərgin düşüb

BMT bildirir ki, mart ayında atəşkəs başa çatdıqdan sonra Qəzzada 700 mindən çox fələstinli evlərini tərk etmək məcburiyyətində qalıb, bir çoxu dəfələrlə didərgin düşüb.

İsrail hakimiyyəti bu yaxınlarda təxminən 50.000 insanı əhatə edən Xan Yunisin bəzi hissələri üçün yeni yerdəyişmə əmri verdi. BMT-nin sözçüsü Stefan Dujarrik məcburi köçkünlərin "gedəcək təhlükəsiz yeri olmadığını" vurğulayıb.

Fələstinlilər yemək almağa çalışarkən ölüblər, xəstəxanalar isə qurbanlarla dolub. Ümumdünya Ərzaq Proqramının məlumatına görə, hər üç qəzzalıdan biri bir neçə gündür yemək yemir ki, bu da aclıq riskini artırır.

#Fələstin
#BMT
#İşğalçı_İsrail_rejimi

Abunə olun🇵🇸Ar-Rad Fələstin
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢15😱1
⚡️İsrailin Qəzza üçün yeni deportasiya planı

İsrail Qəzza zolağına tam nəzarət üçün plan hazırlayır, bu plana Rəfah ərazisinin dağıdılması və orada fələstinlilər üçün xüsusi düşərgələrin yaradılması daxildir.

Müdafiə naziri İsrael Kats fələstinliləri Rəfəh şəhərinin xarabalıqlarındakı düşərgələrə zorla köçürmək planlarını rəsmən açıqlayıb və onu “humanitar şəhər” adlandırıb. Onun sözlərinə görə, fələstinlilər içəri girməzdən əvvəl təhlükəsizlik yoxlamasından keçəcək və bundan sonra ərazini tərk edə bilməyəcəklər.

Oraya ilkin olaraq 600 min insanın köçürülməsi planlaşdırılır ki, onların da əksəriyyəti Mevasa bölgəsindən didərgin düşmüş mülki şəxslərdir. Nəhayət, Qəzzanın bütün əhalisinin orada məskunlaşması nəzərdə tutulur.

"Reuters"-in məlumatına görə, planın dəyəri 2 milyard dollardır və ABŞ-ın dəstəklədiyi Qəzza Humanitar Təsisatı (GHF) kimi tanınır.

Tənqidçilər planı beynəlxalq hüququn pozulması adlandırırlar. Hüquq müdafiəçisi Maykl Sfard bunu “insanlığa qarşı cinayət”, Holokost tarixçisi Amos Qoldberq isə “etnik təmizləmə” və fələstinlilərin qovulmasından əvvəl “konsentrasiya düşərgəsi”nin yaradılması kimi qiymətləndirib.

Hazırda Rafahda tikinti texnikası və partlayıcı maddələrdən istifadə edilməklə dağıntılar davam edir. Qəzza ilə Misir arasındakı Filadelfiya dəhlizi əhəmiyyətli dərəcədə genişləndirilib. Ərazi yaşayış üçün yararsız hala düşüb.

#Fələstin
#İşğalçı_İsrail_rejimi

Abunə olun🇵🇸Ar-Rad Fələstin
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤬21
⚡️ABŞ, İsrail, İngiltərə və Körfəz ərəb dövlətləri Qəzzanı tamamilə işğal edib Fələstin xalqını qovmağa nail olmaq şərti ilə 10 böyük layihənin həyata keçirilməsi planı hazırlayırlar.

Onlar Qəzza sahilində altı ilə səkkiz arasında yeni dəbdəbəli şəhər əraziləri tikmək niyyətindədirlər - bu, müqavimət simvolu olan yerdir.

Söhbət təkcə turistik yerlərdən getmir: Qəzza ilə İsrail sərhədində İlon Maskın ağıllı avadanlığı üçün istehsal mərkəzlərinin yaradılacağı barədə məlumatlar var.

Sərhədin İsrail tərəfində ABŞ-ın regional məlumat mərkəzinin yaradılması da planlaşdırılır.
Neft kəməri, dəmir yolu, avtomobil yolu və fiber-optik şəbəkənin Fars körfəzinə və Afrikaya keçəcəyi strateji nöqtə olan “İbrahim keçidi”n inşa edilməsi və böyük logistik bazanın da yerləşdirilməsi planlaşdırır.

Hətta Qərb bəyan edib ki, İsrail və Qəzzanı su ilə təmin etmək üçün Qəzza bölgəsində Misir üçün su təmizləyici qurğu tikmək niyyətindədir. Qəzzanın limanı və hava limanının bərpası planlaşdırılır.

Sahildə Tramp Riviera və Tramp adaları layihələri həyata keçirilməsi planlaşdırılır. Onlar Qəzzanı Şərqi Aralıq dənizinin yeni Dubayına çevirmək və Qəzza əhalisini İslam ölkələri arasında dağıtmaq üçün hər cür səy göstərirlər.

#Fələstin
#İşğalçı_İsrail_rejimi

Abunə olun🇵🇸Ar-Rad Fələstin
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤬14
2025/07/14 03:25:04
Back to Top
HTML Embed Code: