Telegram Group Search
Allahın dərgahına qaytarılacağınız gündən qorxun! ...

Bəqərə Surəsi, ayə 281
Kim Allahdan qorxarsa, Allah ona (hər sıxıntıdan) bir çıxış yolu açar və ona gözləmədiyi yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər.

Talaq surəsi, ayə 2,3
Yusif surəsindən gözəl bir mesaj:

"Hər kəsin atılacağı bir quyu vardır. Sən quyunun içində deyilsən, quyu sənin içindədir. Hər kəs öz içində olan quyuya düşər.
Quyudan çıxmaq asandır.
Çətin olan isə qəlbində olan quyudan çıxmaqdır.
Ora düşdüyündə üzülmə, yüksəlişin üçün yardımı yalnız Allahdan dilə.
"Unutma, sənə işıq tutanlara kürəyini çevirsən, görəcəyin tək şey öz qaranlığın olar."
"Bir kəs ki ağrı hiss edir - canlıdır. O kəs ki başqasının ağrısını hiss edir,  o - insandır."
Yanlış üslub doğru sözün cəlladıdır, cümləsini unutma. Hər bir halda nəzakətli ol!
Zehninə pis fikir gəldikdə, çalış başını nəiləsə qat.
Bacarmırsansa, o fikri öz nəzarət altına götür.
İcazə vermə cücərsin, şaxələnsin.
İlk fürsətdə at beynindən, daha yaxşı fikirlə yerini doldur.
Bu işi etməsən, o pislik sənin zehninin bir küncündə cücərib, kök salmağa başlayacaq, zamanla xarakterinə çevriləcək, sənin bir parçan olacaq, hətta sənə hökm edəcək.
İnsan ruhunun həqiqi vətəni Allahdır.
İnsan bu dünyada qəribdir. Ona görə də rahatlıq tapa bilmir, daim darıxır, çatdığı heç bir arzusu onu sonadək xoşbəxt etmir..
Elə bir zaman gələcək ki, rahatlıq on qisim olacaq. Doqquzu insanlardan uzaqlaşmaqda, biri isə susmaqda olacaq...
Bir müdrikdən zəhərin nə olduğunu soruşarkən, Deyib:

“Ehtiyacımız olan hər şeyin çoxu zəhərdir. Həddindən artıq güc, çox istirahət, çox yemək, çox ehtiras, çox qorxu, çox sakitlik, həddindən artıq qəzəb, çox sevinc, çox nifrət, hətta çox yaxşı niyyət”.

Həyatın özü və şəfası tarazlıqda qala bilməkdir .
Nə gözəl nəsihətdir,

Özünə haqq gördüyünü başqasına çox görmə...
`𝐁ə𝐳𝐢 𝐬ö𝐳𝐥ə𝐫𝐢𝐧 ç𝐚𝐭𝐚𝐜𝐚ğı 𝐲𝐞𝐫 𝐪𝐮𝐥𝐚𝐪𝐥𝐚𝐫 𝐝𝐞𝐲𝐢𝐥,ü𝐫ə𝐤𝐥ə𝐫𝐝𝐢𝐫.𝐄ş𝐢𝐭𝐦𝐢𝐫𝐬ə 𝐦ə𝐜𝐛𝐮𝐫 𝐞𝐭𝐦ə𝐲𝐢𝐧..🕊
Ramazan Ayının ilk günü kim bu zikri desə Allah Hər bir adımına savab yazar günahlarını bağışlayar

Sübhənkə Sübhənkə ya Əzim İğfiriliyəz Zənibəl Əzim
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Allah-Təala buyurmuşdur:

Oruc mənim üçündür və onun mükafatını Özüm verəcəyəm."

Hədisənin şərhi ilə bağlı bir neçə kəlmə: Əbu Hamid Qəzzali: "Oruc Allah üçündür. Doğrudur, bütün ibadətlər Allahdan ötrü edilir, lakin bu xüsusi şərəf yalnız oruca aiddir. Eynilə Kəbə evi kimi... Bütün torpaqlar Allahın olsalar da, Onun evi olmaq şərəfi yalnız Kəbəyə məxsusdur."

İlahi Ziyafət, Səhifə 7.
Həzrət Muhəmməd (s) buyurub:

«Ramazan ayının hilalı görünəndə Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar və şeytanlar zəncirlənərlər.»

Biharul-Ənvar, c.96, hədis 11
Bu gündən etibarən Allahın qonaqlığı başlayır. Allah  bu qonaqlıqdan layiqincə bəhrələnməyi hər birimizə nəsib etsin. Bu ay bəndənin bəndəlikdə sədaqətini təzahür etməsi gərəkən və yaxud de: bəndəlikdə müsabiqə verməsi gərəkən bir ayıdır. Odur ki, hər birinizə bu bəndəlik müsabiqədə uğurlar diləyirəm! Əzimli və ixlaslı olmağı əldən verməyin.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
~ 02.03.25

Sizə qonaq gəlir, onu yaxşı qarşılayın. Çünki oda sizi Axirətdə qarşilayacaq.
2025/03/06 11:17:17
Back to Top
HTML Embed Code: