group-telegram.com/miraga_dadas/1478
Last Update:
Azərbaycan Xalq Cumhuriyyəti hökümətinin nazirlər şurası sədri Fətəli Xan Xoyski 1920-ci ildə Gürcüstanda küçədə sui-qəsd nəticəsində öldürülüb. Onun sahibsiz bədənini "milyard ildir bizə düşmən olan İran adlanan yerin" Gürcüstandakı səfirliyi müsəlman qaydalarına uyğun formada dəfn edib.
Xatırladım ki, insan övladı yaranmamışdan əvvəl bizə düşmən olan İran, Bakıda həmin ərəfədə törədilən qətliam zamanı meyidi küçələrdə qalan minlərlə azərbaycanlını yuyub, kəfənləyib, dəfn edib. Qətliam qurtarandan 6 ay sonra Türkiyə hökuməti ordu göndərərək sahibsiz və məhv olmuş Azərbaycanı işğal edib. Nuri Paşanın Bakıdan Türkiyəyə vurduğu teleqramın mətni bu cümlədən ibarət idi; Bakü işgal edilmiştir.
Daha sonra Türkiyə hökuməti Azərbaycana Britaniyanın Hindistandakı ordusunu gətirir. Hindistandan gələn yüzlərlə hind əsgər Azərbaycanda qaldıqları 2 il ərzində günlərini onlar üçün açılmış və azərbaycanlı qadınların fahişə kimi işlədildiyi əxlaqsızlıq yuvalarında keçirdi. Azərbaycanın müsəlman xalqının tarixində ilk dəfə idi ki, ölkə ərazisində rəsmi fahişəxana açılırdı.
Dönərçilər daha sonra Britaniya ilə bolşeviklərin razılaşması əsasında Azərbaycan Xalq Cumhuriyyətinə ölkəni bolşeviklərə təslim etmələri üçün bir neçə saat vaxt verdilər. Bolşeviklər Azərbaycana daxil oldular və bolşeviklərin ordusunun önündə yenə də dönərçi paşalar gəlirdi. Onlar ölkəmizi 70 il davam edəcək işğala təslim etdilər və buna görə bolşeviklərdən qızıl sikkələr aldılar.
Nə qədər məzlumsan Azərbaycan...
#tarix
BY Mirağa Dadaş
Share with your friend now:
group-telegram.com/miraga_dadas/1478