Telegram Group & Telegram Channel
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ramiz maşında gəldi
Ramiz, maşın da gəldi

Yuxarıda yazdığım bu iki cümlənin yazılışında 2 fərq var, mənasında isə bir dünya...

Modernizm fikir daşıyıcıları "kim deyir ki, filan şey qanundur, belə olmalıdır, həqiqət bəlkə onun əksidir, hamısı nisbidir, 9-a altdan baxanda 9, üstdən baxanda 6 olur" və s. kimi fikirlərlə dünyanın başına olmazın müsibətləri gətirdilər. Əslində isə məsələnin həqiqətində dinləri səhnədən çıxarmaq dayanırdı. Tək Allaha inanana bu yol ilə "kim deyir ki, Allah təkdir, bəlkə çoxdur?", çox Allaha inanana isə "kim deyir ki, Allah çoxdur, bəlkə təkdir?" kimi fikirlər yeridərək dinlərlə mübarizə apardılar. Bu məsələyə əlbəttə ki, incəsənətlə girdilər. Ona görə də müvəffəq oldular. Fikir versək görərik ki, ən anormal tablolar modernist dövründə ortaya çıxdı. Kim deyir ki, insanın üzündə dabanı ola bilməz, çək getsin. Ən anormal inşaatçılıq modernizm dövründə ortaya çıxdı. Kim deyir ki, ev simmetrik olmalıdır, bir tərəfin dairə, digər tərəfin kvadrat elə, tik getsin. Ən anormal mahnılar (caz, rok və s.) modernizmin məhsuludur. Kim deyir ki, musiqi ruha ləzzət verməlidir. Elə çal qulağım zingildəsin, saçını yellə vəhşi kimi, axırda da gitaranı qır və s. Gəldilər ədəbiyyata. Kim deyir ki, şeirin vəzni, qafiyəsi, hecası olmalıdır? Gətir ordan sərbəst janrı. Yaz Elza! Beləcə bütün sahələrdə nisbilik hökm sürməyə başladı. İkinci hədəf isə istismar məsələsi idi təbii ki. Qərblilərin tradisional cəmiyyət adlandırdıqları Yəmən kimi, Hindistan kimi, Misir kimi, Çin kimi ənənəvi toplumlara Britaniya necə girə bilərdi? Oranı necə istismar edə bilərdi? Onların özlərinə xas dəyərləri, adətləri var. Gəldilər və dedilər ki, kim deyir ki, bu adət düzdür, bəlkə düz olan bu biridir?

Söhbət, o adətlərin düz ya səhv olmasından getmir təbii ki. Həmçinin əksər toplumlarda adətlərin bəziləri elə insan fitrəti ilə həqiqətən də uyğunsuz olduğundan həmin toplumlar adətlərindən imtina elədi və nəticədə parçalandılar. Çünki birliyin arxasında dəyərlər olmalıdır. Bu dəyərlər sual altına gedəndə birlik itir. Buna görə daim dəyərləri müdafiə etməliyik.

Beləcə bütün dünyanı modernist fikir bürüdü və anqlosakslar 20 ölkə xaric hər yeri istismar edə bildilər. Ona görə də bu tip nisbilik təbliği ilə məşğul olanların fikirlərini daim vurmaq lazımdır. Həqiqət deyilən bir şey var və o, həm var ola, həm yox ola bilməz. Yəni insanın ya üzündə dabanı olmalıdır ya yox. Musiqi ya ruhu dincəltməlidir ya yox. Şeirin ya qafiyəsi olmalıdır ya yox. Ramiz ya maşında gəlib, ya da mən Ramizə maşının gəldiyin xəbər verirəm. Biri savadsızlıqdan Ramizə maşının xəbər verilməsini "Ramiz maşında gəldi" şəklində yazırsa, bu videodakı şəxsin dediyi kimi hətta toplumun 70 faizi, hətta 100 faizi də bunu belə yazırsa, bu, yenə də həmin yazılışın düzgün olduğuna dəlil deyil. Haqqın nisbi olması fikri insanı elə bir uçuruma aparır ki, hər şeyə şəkk eləməyə başlayır insan; Düzdür ki, bütün dünya bacı ilə insest yaşamağa pis baxır. Amma görəsən həqiqətdə pisdirmi? Bəlkə bütün dünya səhv edir? Bəlkə biz bacımla bir-birimizi sevirik? Bəlkə iki yad insandan daha xoşbəxt olarıq? Kim deyir ki, bu işin yanlış olduğunu ortaya atan adam düz deyir? Bəlkə səhv deyir? Bəlkə mən ümumiyyətlə sincab ilə evlənim? Kim bu qanunu qoyub ki, insan ancaq insanla evlənməlidir və s...

Xülasə; modernizm, ənənəvi cəmiyyətləri istismar etmək üçün onları birləşdirən dəyərləri məhv etdi. Dinləri də sual altına apardı ki, siyasi səhnədən çıxara bilsin. Bu ideologiya incəsənətlə yayılıb və bununla mübarizə vacibdir. Düzdür ki, artıq dünya post-modernizm dövründədir. Amma 3-cü dünya ölkələrinin bəzisində hələ də modernizm dövrüdür. Bu ikisi arasındakı fərq də budur ki, modernizm sənə, dəyər və etiqadına şəkk ilə yanaşmağı, əks tərəfin də doğru ola biləcəyi ehtimalını verməyi təbliğ edir. Post-modernizmdə isə sən də səhvsən, əks tərəf də, ümumiyyətlə dünyada dəyər adlı bir şey yoxdur. Biz sadəcə ləzzətmehvər canlıyıq. Dünya da böyük meşədir. Hər kəs bacardığı hər yol ilə daha çox ləzzət almağa çalışmalıdır. Bunun qarşısında ən böyük maneə ağıl və dəyərlər sistemidir. Bu 2-dən imtina edək gərək!

group-telegram.com/miraga_dadas/1680
Create:
Last Update:

BY Mirağa Dadaş

Share with your friend now:
group-telegram.com/miraga_dadas/1680

View MORE
Open in Telegram

Telegram | DID YOU KNOW?

Date: |

Ukrainian forces successfully attacked Russian vehicles in the capital city of Kyiv thanks to a public tip made through the encrypted messaging app Telegram, Ukraine's top law-enforcement agency said on Tuesday. Since its launch in 2013, Telegram has grown from a simple messaging app to a broadcast network. Its user base isn’t as vast as WhatsApp’s, and its broadcast platform is a fraction the size of Twitter, but it’s nonetheless showing its use. While Telegram has been embroiled in controversy for much of its life, it has become a vital source of communication during the invasion of Ukraine. But, if all of this is new to you, let us explain, dear friends, what on Earth a Telegram is meant to be, and why you should, or should not, need to care. I want a secure messaging app, should I use Telegram? For Oleksandra Tsekhanovska, head of the Hybrid Warfare Analytical Group at the Kyiv-based Ukraine Crisis Media Center, the effects are both near- and far-reaching. Sebi said data, emails and other documents are being retrieved from the seized devices and detailed investigation is in progress.
from cn

Telegram Mirağa Dadaş
FROM American