group-telegram.com/ehlibeyt_esqi/5
Last Update:
🥀Ya Zehra🥀:
Hz. Peyğəmbərimizdən (s) tövsiyyə olunan tövbə namazı:
Peyğəmbər (s) buyurdu: Qüsl edin, dəstəmaz alın, dörd rükət namaz qılın (tövbə niyyəti ilə iki rükətli iki namaz).
Hər rükətdə bir dəfə “Həmd” surəsi, üç dəfə “İxlas” , bir dəfə “Fələq” və bir dəfə də “Nas” surəsini oxuyun.
Namazdan sonra 70 dəfə istiğfar edib (Əstəğfirullahə rəbbi və ətubu iləyh – deyib) bir dəfə “La həvlə və la quvvətə illa billahil-Əliyyil-Əzim” dedikdən sonra bu duanı oxuyun:
“Ya Əzizu, ya Ğəffar! İğfir li zunubi və zunubə cəmiil-mumininə vəl-muminat. Fə innəhu la yəğfiruz-zunubə illa Ənt.”
Tərcüməsi: “Ey izzətli, ey günahlardan keçən Allah! Mənim və bütün möminlərin günahlarını bağışla! Həqiqətən, Səndən başqa, günahları bağışlayan kimsə yoxdur!”
İnsan qarşıdan gələn ehtimal etdiyi zərəri özündən uzaqlaşdırmalıdır. Meselen: bir uşaq Size deyirsə bu suyu içməyin bu su zəhərlidir, o zaman bir faiz də ehtimal versəniz o suyu içmezsiniz. Uşaqda olsa sözünə ehtimal verirsiz. Amma 124000 min Peyğəmbər, 12 İmam, Qurani Kərim, insana buyurur cənnət var cehennem var, insan necə ehtimal verə bilməz ki, bəlkə bu doğrudur. Ona göre ağıl hökm edir ki, insan ehtimal etdiyi zərəri özündən uzaqlaşdırmalıdır.
Ayətullah Bəhcətin əxlaq ustadı Əllamə hacı Ağa Seyyid Əli Qazi( Allah ona rəhmət etsin ) namazı vaxtında qılmaq və gece namazını qılmağı tövsiyə etdikdən sonra imam Hüseynin rovzə məclislərinə də çox önəm verirdi. Evlerdə imam Hüseynə rövzə məclisləri təşkil etməyi çox tövsiyə edərdi və hətta iki neferden olsanız bela həftədə bir dəfə öz evinizdə imam hüseyn məclisi təşkil edib onlara əzadarliq edib ağlayın.bu iş ev əhlinin şərdən bəladan Amanda qalmasına səbəb olar və o evdə olan problemlər aradan gedər və ev əhli hacetleri yerine yetər
Həzrət peyğəmbəri Əkrəm(s.ə) buyurmuşdur : " heç kəs mənim kimi əzab -əziyyətə məruz qalmamışdır."
İlahi peyğəmbərlər arasında hamıdan daha artıq Həzrəti Muhəmməd(s) həm cismi həm Ruhi cəhətdən əzab əziyyətlərə məruz qalmışdır.
Həzrət Peyğəmbər (s) omrunun sonlarında buyurdu ki,
" Mənə bir Vərəq gətirin, sizin üçün bir məktub yazım ki, ondan sonra heç vaxt azğınlığa duşməyəsiniz !"
Orada olanlardan biri hiss etdi ki , özündən sonraki xəlifəni (həzrət Əli.ə . -ı Yazılı olaraq xalqa tanıtdırmaq istəyir , ona görədə dərhal dedi :
İnnən nəbiyyə ləyəhcuru.
" Həqiqətən Nəbi(peyğəmbər ) sayaqlayır !" Nəuzu billah
Halbuki Quranı Kərimdə Allah mutəal peyğəmbər barəsində buyurur :
و ما ینطق عن الهوی آن. هو الا وحی یوحی
" O (peyğəmbər ) , həvayi- nəfs üzündən söz demir . Onun sözləri ona ilham olunan vəhydən başqa bir şey deyildir . Bu vəhyi çox qüvvəli olan mələk ona öyrədir."( Nəcm surəsi - 3)
Allahın adı ilə
✍ Həzrət Fatimə bir neçə mühüm məsələdə mehvəriyyət təşkil edir. O cümlədən :
1. İmkan aləminin xilqetində(yaradılışında); Allah- mutəal həzrət Peyğəmbərə xitab edərək buyurur:" ya Peyğəmbər ,əgər sən olmasaydın ,kainatı xəlq etməzdim; və əgər Əli olmasaydı səni ,səni xəlq etməzdim və əgər Fatimə olmasaydı , siz ikinizi xəlq etməzdim."
2 . Peyğəmbər fatiməni " ümmu əbiha" yeni atasının anası deyə səsləyərdi.
3. İlahi mərifətdə Həzrəti Fatimə (s) mehvəriyyət təşkil edir. Fatimənin nə üçün adlandırılmasının səbəbi budur ki , heç kəsin ağlı onu dərk etməyə çatmaz . Fatimənin ən kamil nümunəsi qədr gecəsidir.Xanım Zəhra(s) Allahın qədr gecəsidir.qədr gecəsi sirrli olduğundan Zəhra da sirrli bir varlıqdır.
3. Həzrət Fatimə(s) Allah məhəbbətində də mehvəriyyət təşkil edir. Beləki Rəsuli Əkrəm (s ) buyurur : " hər kəs fatiməni sevsə şübhəsiz məni sevmişdir və hər kəs də məni sevsə şübhəsiz Allahı sevmişdir"
4 . Həzrət Fatimə(s) Allahın razılığında ve qəzəbindədə mehvəriyyət təşkil edir. Duada oxuyuruq :" ilahi ,səni and verirəm Fatimənin haqqına , onun atasının ,onun ərinin və onun oğlanlarının haqqına ,salavat göndər Həzrəti Muhəmməd və onun əhli - beytinə ,mənim barəmdə mənim bəyəndiyim şeyləri deyil , özün məsləhət bildiyin şeyləri rəva gör" .
BY ƏHLİ-BEYT eşqi
Warning: Undefined variable $i in /var/www/group-telegram/post.php on line 260
Share with your friend now:
group-telegram.com/ehlibeyt_esqi/5