Telegram Group Search
Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.

***

On January 6, President of the Republic of Azerbaijan, Ilham Aliyev, met with the families of crew members who tragically lost their lives and the surviving flight attendants from the crash of an Embraer 190 passenger plane operated by Azerbaijan Airlines CJSC on the Baku-Grozny route.
Channel photo updated
Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən AZAL uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.

Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.

***

Due to the recent regular closure of airspace over the Russian city of Kazan AZAL is indefinitely suspending all flights en route Baku-Kazan-Baku to ensure flight safety.

Passengers of AZAL flights to and from the specified city, who are unable to use the airline’s services due to the current situation, have the opportunity to receive a full refund without penalties or rebook their tickets. To proceed, contact the airline via e-mail [email protected].

AZAL continues to monitor the current situation closely and will inform passengers about any changes.
20 Yanvar – xalqımızın azadlıq uğrunda sarsılmaz iradəsinin simvoludur. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik.
***
January 20 – the symbol of our nation’s unyielding spirit for freedom. With profound respect, we honor the souls of our martyrs.
20 Yanvar – Ümumxalq Hüzn Günündə “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və əməkdaşları Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib.
 
AZAL-ın kollektivi Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin məzarları üzərinə qərənfillər düzüb.

***

On 20 January – National Mourning Day, Azerbaijan Airlines CJSC management and employees paid tribute to the cherished memory of the martyrs of 20 January at the Martyrs’ Alley.

The AZAL team laid carnations on the graves of the martyrs who sacrificed their lives for the freedom and independence of Azerbaijan.
J2-8243 nömrəli Bakı-Qroznı reysinin qəzaya uğramasından 40 gün ötür. Vəzifələrini şərəflə yerinə yetirən Azərbaycanın Milli Qəhrəmanları kapitan İqor Kşnyakini, pilot Aleksandr Kalyaninovu və böyük təyyarə bələdçisi Hökumə Əliyevanı dərin ehtiramla anırıq. Qəzada həlak olan qəhrəman ekipaj üzvlərimizə və sərnişinlərə Allahdan rəhmət diləyirik.

***

It has been 40 days since the tragic crash of flight J2-8243 on the Baku-Grozny route. We pay tribute to Azerbaijan’s National Heroes—Captain Igor Kshnyakin, Pilot Alexander Kalyaninov, and Senior Flight Attendant Hokuma Aliyeva—who fulfilled their duties with great honor. We pray for the souls of our heroic crew members and passengers who lost their lives in the crash to rest in peace.
Son zamanlar, o cümlədən bu gün Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən AZAL uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.

Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

***

Due to the recent, including today, regular closure of airspace over the Russian city of Astrakhan AZAL is indefinitely suspending all flights en route Baku-Astrakhan-Baku to ensure flight safety.

Passengers of AZAL flights to and from the specified city, who are unable to use the airline’s services due to the current situation, have the opportunity to receive a full refund without penalties or rebook their tickets. To proceed, contact the airline via e-mail [email protected].
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Təhlükəsizliyiniz üçün kəmərlərinizi bağlamağı unutmayın!
Uçuş zamanı qaydalara əməl edərək həm özünüzün, həm də başqalarının təhlükəsizliyini təmin edin.
✈️
For your safety, don’t forget to fasten your seatbelt!
Ensure your own safety and the safety of others by following the rules during the flight.

#AZAL #AzerbaijanAirlines #flyAZAL
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Uçuş zamanı əl yükünüzün düzgün yerləşdirilməsi həm sizin, həm də digər sərnişinlərin təhlükəsizliyi üçün vacibdir.
✈️
Proper placement of your hand luggage during the flight is essential for both your safety and the safety of other passengers.

#AZAL #AzerbaijanAirlines #flyAZAL
2025/02/05 22:37:22
Back to Top
HTML Embed Code: