group-telegram.com/miraga_dadas/1365
Last Update:
Peyğəmbərin (s) müqəddəs ruhunun uca aləmlərdə Fələstin məsələsinə görə qəmgin olması. 😔
Bu gün İslam cəmiyyətinin bədənində dərdli və dərin bir yara var. 🥀 Burada oxunan ayə İslamın əziz Peyğəmbəri (s) barəsindədir:
“O sizdən ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!“ 🕊️ Bu gün İslam dünyasının ən böyük dərdi olan Fələstin məsələsi Peyğəmbərin (s) müqəddəs qəlbini incidir. 😢 Bu gün Fələstin xalqının düşdüyü vəziyyətə görə Peyğəmbərin (s) müqəddəs ruhu ilahi yaradılışın uca aləmlərində qəm içindədir. 🥺 Bunun əlacı nədir? Çalışmaq və mücahidlik. Görün hegemonluq necə dişlə, caynaqla, qaniçənliklə və insaniyyətdən uzaq rəhmsizliklə dayanmışdır. Əgər bacarsa, özünün imperialist istəkləri üçün İslam xalqlarını və onların arzularını tapdayacaq. Bu gün bu Fələstin məsələsi İslam dünyasının ən böyük problemlərindən biridir və gələcəkdə də olacaq. Bir xalqı öz evindən, yaşayışından, ölkəsindən və torpağından didərgin salıb yerində muzdur və xəbis işğalçını oturtmaq məgər zarafatdır?! Ona hər növ kömək edirlər, bütün cinayətlərinə don geyindirirlər, qolları da dirsəyə qədər bölgə xalqının qanına batır. Bunlarla qane olmayıb müsəlmanlardan və ev sahiblərindən imza almaq istəyirlər ki, bu ev o işğalçıya məxsusdur və ev sahibinin burada heç bir hüququ yoxdur. Bu işi görmək istəyirlər. 😡
İMAM XAMENEİ 🌹
"FƏLƏSTİN" - kitabından
Kitabın pdf linki ⬇️
https://www.group-telegram.com/pdf_dini_kitablar/56
BY Mirağa Dadaş
Share with your friend now:
group-telegram.com/miraga_dadas/1365