Telegram Group Search
Biz şiələrin Azərbaycanda ictimai bazası nə qədərdir?

Tez-tez belə iradlar eşidirik; Axı nə qədər sizi dəstəkləyən insan var Azərbaycanda? Mən onlara belə cavab verirəm; Təxminən 9 milyondan çox. Qarşı tərəf çaşır qalır, soruşur ki, zarafat edirsən? Deyirəm yox, niyə zarafat edim ki?

Misal üçün Azərbaycanda neçə nəfər adam tapa bilərsiniz ki, fahişəlik yaxşı şeydir desin? Barmaq sayısı qədər. Mən də fahişəliyə qarşıyam.

Azərbaycanda neçə nəfər tapa bilərsiniz ki, üzdəniraqlıq yaxşı şeydir desin? Ancaq üzdəniraq olanlar bunu deyə bilər. Mən də üzdəniraqlığa qarşıyam.

Azərbaycanda neçə nəfər tapa bilərsiniz ki, anası, bacısı, yoldaşı, xala, əmi, dayı, bibi qızı lüt gəzsin istəyər?

Azərbaycanda kim namus, qeyrət, mərdlik kimi kəlmələrlə düşməndir?

Azərbaycanda bir dənə nasibi yoxdur. Tapsaz araşdırın görəssiz ki, azərbaycanlı deyil, cuhuddur.

Azərbaycanda nə qədər İslamın əmrlərin saysam görəcəksiniz ki, xalqın demək olar ki, hamısı o fikirdədir. Azərbaycanda nə qədər İslamın haram bildiklərini saysam görəcəksiniz xalq o şeylərə pis baxır.

Bu da biz şiələrin ictimai bazası. Biz Azərbaycandan danışırıq, Hollandiyadan yox. Bəzi namərdlər Azərbaycanı və xalqını nacins göstərməyə çalışsa da ağızları həmişə şillə yeyib onların. Buna nail ola bilməyəcəklər. Onlar təbii ki, missiya icra edirlər. Azərbaycanın xalqını əyyaş, hiyləgər-tülkü alverçi, dinsiz göstərməklə ölkəmizdə müsbətə doğru irəliləyişin önündə dururlar. Hər yerdə "bunlardan bir şey olan deyil, siz elə Yəmənə, Livana diqqət ayırın" deyirlər.

Bu gün Livan müqavimətinin olduğu Livanın cənub əraziləri bir neçə onillik əvvəl ərəb dünyasının zina üçün gəldiyi yer idi. Bu gün dünyaya meydan oxuyan Yəmən, dünənə qədər 12 imam şiəsi yox, Zeydi idilər. Allaha şükür, nə olub bizə? 3-4 ərəbi zina üçün tarqovıya tökməklə Azərbaycan xalqı zinakar olmur. Bunu edənlər Azərbaycan xalqını zinakar göstərməyə çalışanlardır. 3-5 süni yaradılan məzhəblər qondarmaqla Azərbaycan xalqı 12 İmam şiəliyindən əl çəkmir.

Bu yazını yazmaq üçün məni ruhlandıran bu rəy oldu. Əgər bu adam bu sözü Kaliforniyada yazsa ona hamı gülər, rəddol Ərəbistana yazardılar. Amma baxın, yüzlərlə insan bəyənib və onlarla insan "Allah anana rəhmət eləsin" yazıb. Demək ki, bu xalqda nəsə var. Alverçilərin bu xalqı yararsız göstərmək planı baş tutmayacaq. Rza şahın xüsusi plan əsasında üzdəniraqların mərkəzinə çevirmək istədiyi Qumdan çıxdı İmam Xomeyni və "mən dövlət təyin mikonəm, mən dəhəne in dövlət mizənəm" yəni "mən dövlət təyin edəcəm və hazırki dövlətin ağzına vuracam" deyərək şahın ağzını şillə ilə əzdi. Cənab alverçilərin "bu xalq kəbin bilmir, əyyaşdır, qızları barlarda rəqs edir, halal ət nədir qanmırlar, oğrudurlar" sözləri onların ağzında laxta qana çevriləcək. Qurban olaq bu xalqın əsrlər boyu yaşatdığı Məhərrəm-Səfər matəminə, ölüsünü istisnasız qibləyə basdırmasına, əyyaşının da heyvan kəsəndə bismillah deməsinə, kəlağayısına, örpəyinə, yaşmağına, hədiyinə, yüz illərdi oxuduğu mərsiyələrinə, namusuna, qeyrətinə!
Mirağa Dadaş
Türkiyədə bir məscidin qapısına "uşaqların səsindən narahat olanlar məscidə gəlməsin" yazılıb. İnsanların əksəriyyəti bu addımı təqdir edirlər. Amma diqqətlə baxanda görürsən ki, məsələ birtərəfli deyil. Həmin məscidin pişnamazı uşağın məscidə gəlmək hüququnu…
Bayaq bir məsciddə çəkdim. Neçə dənə belə şkaf var, içində dəftər, kitab, oyuncaq və s. Bəzi vaxtlar bu məscidə gələndə görürəm ki, içi dolu olur bu şkafların. Uşaqlar arasında yarış keçirirlər, qaliblərə hədiyyələr verirlər. Uşaqları dinə çəkmək üçün gözəl vasitədir.
Niyə gərək hər birimiz bir kanal açaq?

Fikrimi bu şəkil üzərindən izah edəcəm;
Təsəvvür edin ki, bu şəkildə başlıq belə yazılıb: Dilim tutulmuşdu, Mirmövsüm ağa başımı sığalladı, dilim açıldı, bu, həqiqətən bir möcüzədir!

Belə bir başlığa hər kəs müsbət rəylər yazacaq, ancaq içində ibnəlik olanlar məsxərə edəcək. Amma ora bir dənə "e..." hərfini artırmaqla hər kəsin məsxərə etməsinə vəsilə olurlar. Bu tip adamlar hətta peyğəmbərin dənizi yardığını gözləri ilə görsələr, yenə də məsxərə edəcəklər. Çünki zatları napakdır. Pak zatı olan adamlar inancsız ola bilərlər, amma heç vaxt məsxərəyə əl atmazlar. Məhz bu xasiyyətləri zamanla onların hidayətlərinə də gətirib çıxarır. Peyğəmbər Məkkəni fəth edəndə hamını əfv elədi, kimi "Kəbənin örtüyündən yapışan halda da tutsaz öldürün" dedi? Dini məsxərə edənləri. Adətən bu tip adamlar hidayət olmurlar.

İndi baxın, bu saqqalı, saçı ağarmış adam niyə yalan danışmalıdır ki? Xarici görünüşündən də dindar olmadığı hiss olunur. Televiziyada komediyaçı olan Fərda da səhv eləmirəmsə ziyarətgahda şəfa tapdığını danışmışdı. O da dindar deyil. Bu cür şeylər ətrafımızda çox baş verir. Əgər sizin belə bir kanalınız olsa, siz həmin xəbərləri məsxərəsiz paylaşarsız, nəticədə bəlkə yüzlərlə insanın hidayətinə vəsilə olarsız. Amma meydanı namərd adamlara buraxanda bax belə olur. İnsanların hidayətinə vəsilə olacaq şeylər onları daha da dindən soyudur.

Həyatı namaz qılıb təkcə ailəsini dolandırmaqdan ibarət bilən dindarlar, bilin ki, Allahın dini zərbə yediyi bir vaxtda ancaq məişət dərdi çəkdiyinizə görə sabah o məişətdən də olacaqsınız. Bu, bir qaydadır, nəyə görə Allahın vacibin kənara qoyursuz, o şeyi Allah sizdən alır. Baxın, Azərbaycandakı hər bir cuhud İsrailin bir əsgəri kimi sosial şəbəkələrdə meydana girib. Biz isə rəhbərə canım qurban desək də, rəhbərin "təbyin cihadı təcili və hər kəsə vacibdir" sözünü qulaq ardı edirik. Gəlin qardaşlar, gəlin meydana!
Forwarded from Şeyx Orxan Məmmədov
Bu gün şəhid Rövşən Vəliyev (Novruzoğlu) üçün anım mərasimi keçirdik.
Allah bu şəhidə rəhmət etsin və Əhli-beytlə (ə) məşhur etsin.
Hacı Abgülün kanalına abunə olsanız çox sevinərəm
Forwarded from @AbgulSuleymanov
☄️ Ötən gecə İranın bir neçə bölgəsində açılan iftar süfrələrində Azərbaycandakı məhbuslar üçün dualar edildi, zindanda şəhadətə çatanların və xüsusilə şəhid Muxtar Yaqublunun xatirəsi ehtiramla anıldı.
Allah rəhmət eləsin və yaxınlarına səbr versin!

#İran
#Azərbaycan
#Şəhid_Muxtar_Yaqublu

T.me/ar_rad_info
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Xeyli sayda dindar olmayan insanların Suriyada şiələrin qətlinə münasibət bildirərkən "bu cür qeyri-insani addımlar qəbuledilməzdir" yazdığını görürəm. Nəzərə alaq ki, şiələrdən qeyri demək olar ki, kimsə bu qətliamları paylaşmır. Qeyri dindarlar bu videoları görüblərsə demək ki, #xalq_mediası müsbət istiqamətdə irəliləyib. Allaha şükrlər olsun.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əksər ruhanilər inqilaba qədər İmam Xomeyni ilə birlikdə deyildilər...

Şəhid Behişti deyir ki, bizim bir sıra alçaq ruhanilərimiz var ki, onlar insanın boynuna məsuliyyət gətirən şiəliyi gözdən salırlar.

Bir dəfə eşitmişdim ki, Şəhidi ömrünün sonlarında çox pis qaralayır, "vururdular". İndi bildim niyə belə imiş...
Atatürkün anası 12 yaşda evlənib. Maraqlıdır ki, Atatürkçülər adətən islamçılara pedofil damğası vuran liberallar olur. Paradoks bax budur...
Bu yazını bir saytdan götürmüşəm;

Ötən illərdə işimlə bağlı tez-tez ucqar dağ kəndlərimizdə olarkən hələ də yad kişilərdən yaşmaqlanan analarımızı, nənələrimizi görəndə istər-istəməz uşaqlıq çağlarıma qayıdır, o zamanlar mənim üçün maraqlı, həm də sual dolu anları yenidən xəyalımda canlandırırdım: görəsən qadınlar üzlərini niyə örtürlər? Bu sualı vaxtilə dəfələrlə nənəmə vermişdim. Nənəm cavabında deyərdi ki, yaşmaq üzün “pərdəsidir”, qadın yad kişilərə görünməz, onların yanında danışmaz, məcburən danışanda isə üzünün bir qismini örtər ki, tamamilə görünməsin. Mənsə ona yeni bir sual verərdim, ay nənə, bəs atam yad kişi deyil axı, sən onu görəndə niyə yaşmaqlanırsan? Nənəmsə mənim bu sualıma həmişə sadəcə təbəssüm edər, cavab verməzdi. Sonralar böyüdükcə dərk etdim ki, yaşmaq böyük bir ismətin, həyanın, abırın nişanəsi imiş. Yaşmaq əsrlərlə, qərinələrlə yalnız azərbaycanlı qadına məxsusluğun göstəricisi, onun bənzərsiz xarakterini açan başlıca amil, həqiqətən sözün belə ifadə etməyə gücü çatmadığı gözəl keyfiyyət imiş.

İndi isə sual;
Azərbaycan qızları barlarda gəzir, Azərbaycan xalqı yeyib-içib rəqs edən xalqdır, ölkədə heyvanı halal kəsmirlər, qızlarımız adrenalin üçün mağazalardan paltar oğurlayır, nə bilim kəbinsiz evlənir azərbaycanlılar, yaxud biz İmam Hüseynə ağlamaq nədir bilmirdik kimi fikirlər doğrudursa, biri gəlib mənə izah edə bilərmi ki, bizim leksikonumuzda niyə yaşmaq adında bir kəlmə var?


İkinci sual;
Mənə dünyada 3 ölkə göstərin ki, dinimizdə niqab adlanan üz örtüyünün o ölkədə Azərbaycandakı kimi xüsusi adı olmuş olsun.

Üçüncü sual;
Dünyada 3 ölkə göstərin ki, təkcə başın örtünməsinə aid o ölkənin leksikonunda bu qədər çoxlu kəlmə olsun; kələğayı, örpək, yaşmaq, şal, yaylıq, çarqat (çahar qat).
2025/03/10 03:28:48
Back to Top
HTML Embed Code: