group-telegram.com/emmarmedia/1476
Last Update:
Salam olsun sənə, ey Allahın qanı. Demir "padşah, şah, şahzadə". "Allah qanı" deyir.
Baxın, belə bir qayda var ki, bir insan nahaq yerə öldürüləndə onun qanını almaq kimlərəsə vacib olurdu. Vərəsələrinə vacib olurdu. Övladları deyərdi ki, ya mən bunun qanını alacam, ya da bağışlayacam, mənlikdir. Allah deyir ki, İmam Hüseynin (ə) qanı mənlikdir. Nə nəticə çıxır? Əgər sən özünü Allaha mənsub bilirsənsə və sənin təşkilatın Allaha mənsubdursa, onun əsas manifestlərindən biri, ən ümdə amalı İmam Hüseynin (ə) qanını almaq olmalıdır.
Qırmızı xətt sənin üçün təyin edilir. İmam Hüseynin (ə) düşməni sənin dostun ola bilməz. Bu, təşkilatın qırmızı xəttidir. Bir liberal və İmam Hüseynə (ə) məsxərə edən, mənim təşkilatımın dostu ola bilməz. Bəli, mən onunla vətəndaşlıq dialoqu apara bilərəm. Amma bu qırmızı xətti gözləməliyəm. Çünki bunlar Allahın qanını töküblər, bu cinayətdə şərikdirlər!
© Şeyx Orxan Məmmədov
https://www.group-telegram.com/kr/emmarmedia.com
BY ƏMMAR MEDİA

Share with your friend now:
group-telegram.com/emmarmedia/1476