group-telegram.com/miraga_dadas/1147
Last Update:
Hal-hazırda Azərbaycanda sosial şəbəkələrdə ən çox paylaşılan video budur. İnsanlar bunu gülmək üçün paylaşır. Müəllimə bu səs yazısında uşaqlardan qaz, hinduşka, şabalıd istəyir. Bu işi ilə müqəddəs müəllimlik peşəsini necə gözdən saldığını anlamır. Ya da anlayır...
Mənim diqqətimi çəkən başqa bir nüans isə müəllimənin "hinduşka versəz mutlu olaram" deməsidir. Baxın, Türkiyənin mədəniyyət axınına qapılanların hərəkətləri, davranışları, danışıq tərzləri ortadadır. Azərbaycanda ən iyrənc işlər "yıkılıyosun", "kiminle dans ettiğinin farkında deyilsin", "yapıyoruq" şəklində danışanlardan yayılır. Bu tərz danışan adamlar tək tiktokda yox, olduqları bütün sahələrdə insanlarda ikrah yaradırlar. Ana dilinə hörməti olmayan adamın topluma, özünə nə hörməti olacaq?!...
#ana_dili
BY Mirağa Dadaş
Share with your friend now:
group-telegram.com/miraga_dadas/1147