Telegram Group & Telegram Channel
❗️ Müəllifi tanımıram amma fikirlər çox maraqlıdır

Otuz ildir ki, kasıblara, evsiz-eşiksiz qalanlara və sosial rifahı aşağı olanlara kömək edirəm. Otuz il... Bu qədər uzun bir zaman dilimində etdiklərimin izlərini tapmağa çalışıram, amma əksər hallarda yalnız unutqanlıq və soyuqluqla qarşılaşıram.

Hər dəfə bir uşağın ac qarnını doyuranda, gözlərindəki qorxunu aradan qaldırmağa çalışanda özümü sanki uçurumun kənarında hiss edirəm. Onların gülüşü mənə bir anlıq rahatlıq verir, amma dərindən bilirəm ki, bu rahatlıq yalnız bir anda yox olacaq. O uşaq böyüyəcək, həyatın qəddarlığını görəcək və mənim etdiklərim onun taleyini dəyişə bilməyəcək.Bəzən axşamlar məsciddə tək dua edirəm . O qədər yorğun oluram ki, nəfəs almağa belə halım qalmır. Cibimdəki son qəpikləri verdiyim günləri xatırlayıram. Öz ehtiyaclarımı unutduğum, hətta çox vaxt özümün belə köməyə möhtac olduğum anları düşünürəm. Heç kim məni soruşmur, heç kim mənim vəziyyətimlə maraqlanmır. Yardım etdiyim insanlar belə bəzən geri dönüb təşəkkür etməyi unudurlar.

Ürəyimdəki bu ağırlığı sözlə ifadə etmək çətindir. Hər yaxşılıq etdikcə, sanki bir parçam əriyib yox olur. O qədər ağrı yaşamışam ki, göz yaşlarım belə məni tərk edib. Mənim üçün sevinc artıq çox uzaq bir xatirədir. Bəzən soruşuram öz-özümə: "Bunu niyə edirəm? Axı mən kiməm ki, bütün bu insanların dərdini öz üzərimə götürmüşəm?" Amma cavab yoxdur.

İllər əvvəl yardım etdiyim bir qoca nənəni xatırlayıram. O, soyuq bir qış gecəsi uşaqlarıyla küçədə qalmışdı. Onlara öz evimi açdım, yedizdirdim, paltar verdim. Amma sonra nə oldu? O nənə məni tərk etdi, təşəkkür belə etmədən getdi. O an başa düşdüm ki, mehribançılıq bəzən heç bir cavab gözləmədən edilən bir fədakarlıqdır.

Otuz ildən sonra baxıb görürəm ki, etdiklərim nə məni xoşbəxt etdi, nə də dünyanı dəyişdi. Amma dayanmaq olmur. Çünki hər dəfə bir insanın gözlərində ümid qığılcımı görürəm. Və bu qığılcım, məni için-için ağrıtmasına baxmayaraq, bu yolda qalmağımı təmin edir.

Bəlkə bir gün mən də yorulub dayanacağam. Bəlkə o gün hər şey bitəcək. Amma o günə qədər, bu kədərin, bu ağrının, mənim taleyim olduğunu qəbul edib davam edəcəyəm. Çünki bu dünyada başqası etməsə də, mən yenə də insanlara əl uzatmağa məcburam. Mənim ürəyim belə istəyir, ağrısa da, qanasa da...

@JokerBaku
Please open Telegram to view this post
VIEW IN TELEGRAM

group-telegram.com/JokerBaku/7030
Create:
Last Update:

BY Джокер бакинский

Warning: Undefined variable $i in /var/www/group-telegram/post.php on line 260

Share with your friend now:
group-telegram.com/JokerBaku/7030

View MORE
Open in Telegram

Telegram | DID YOU KNOW?

Date: |

It is unclear who runs the account, although Russia's official Ministry of Foreign Affairs Twitter account promoted the Telegram channel on Saturday and claimed it was operated by "a group of experts & journalists." Oleksandra Matviichuk, a Kyiv-based lawyer and head of the Center for Civil Liberties, called Durov’s position "very weak," and urged concrete improvements. And while money initially moved into stocks in the morning, capital moved out of safe-haven assets. The price of the 10-year Treasury note fell Friday, sending its yield up to 2% from a March closing low of 1.73%. In view of this, the regulator has cautioned investors not to rely on such investment tips / advice received through social media platforms. It has also said investors should exercise utmost caution while taking investment decisions while dealing in the securities market. Meanwhile, a completely redesigned attachment menu appears when sending multiple photos or vides. Users can tap "X selected" (X being the number of items) at the top of the panel to preview how the album will look in the chat when it's sent, as well as rearrange or remove selected media.
from vn

Telegram Джокер бакинский
FROM American