group-telegram.com/miraga_dadas/1750
Last Update:
Niyə gərək hər birimiz bir kanal açaq?
Fikrimi bu şəkil üzərindən izah edəcəm;
Təsəvvür edin ki, bu şəkildə başlıq belə yazılıb: Dilim tutulmuşdu, Mirmövsüm ağa başımı sığalladı, dilim açıldı, bu, həqiqətən bir möcüzədir!
Belə bir başlığa hər kəs müsbət rəylər yazacaq, ancaq içində ibnəlik olanlar məsxərə edəcək. Amma ora bir dənə "e..." hərfini artırmaqla hər kəsin məsxərə etməsinə vəsilə olurlar. Bu tip adamlar hətta peyğəmbərin dənizi yardığını gözləri ilə görsələr, yenə də məsxərə edəcəklər. Çünki zatları napakdır. Pak zatı olan adamlar inancsız ola bilərlər, amma heç vaxt məsxərəyə əl atmazlar. Məhz bu xasiyyətləri zamanla onların hidayətlərinə də gətirib çıxarır. Peyğəmbər Məkkəni fəth edəndə hamını əfv elədi, kimi "Kəbənin örtüyündən yapışan halda da tutsaz öldürün" dedi? Dini məsxərə edənləri. Adətən bu tip adamlar hidayət olmurlar.
İndi baxın, bu saqqalı, saçı ağarmış adam niyə yalan danışmalıdır ki? Xarici görünüşündən də dindar olmadığı hiss olunur. Televiziyada komediyaçı olan Fərda da səhv eləmirəmsə ziyarətgahda şəfa tapdığını danışmışdı. O da dindar deyil. Bu cür şeylər ətrafımızda çox baş verir. Əgər sizin belə bir kanalınız olsa, siz həmin xəbərləri məsxərəsiz paylaşarsız, nəticədə bəlkə yüzlərlə insanın hidayətinə vəsilə olarsız. Amma meydanı namərd adamlara buraxanda bax belə olur. İnsanların hidayətinə vəsilə olacaq şeylər onları daha da dindən soyudur.
Həyatı namaz qılıb təkcə ailəsini dolandırmaqdan ibarət bilən dindarlar, bilin ki, Allahın dini zərbə yediyi bir vaxtda ancaq məişət dərdi çəkdiyinizə görə sabah o məişətdən də olacaqsınız. Bu, bir qaydadır, nəyə görə Allahın vacibin kənara qoyursuz, o şeyi Allah sizdən alır. Baxın, Azərbaycandakı hər bir cuhud İsrailin bir əsgəri kimi sosial şəbəkələrdə meydana girib. Biz isə rəhbərə canım qurban desək də, rəhbərin "təbyin cihadı təcili və hər kəsə vacibdir" sözünü qulaq ardı edirik. Gəlin qardaşlar, gəlin meydana!
BY Mirağa Dadaş

Share with your friend now:
group-telegram.com/miraga_dadas/1750